Qərbin Ukraynadakı siyasəti yaxşı heç nəyə gətirib çıxarmayacaq. Elchi.az xəbər verir ki, bu fikri alman politoloqu Yohannes Uorvik Frankfurter Allgemeine üçün yazdığı məqalədə paylaşıb.
Onun sözlərinə görə, ekspert, Qərb ölkələrinin hərəkətləri münaqişənin həllinə kömək etmir. Uorvik sözlərinin sübutu kimi ciddi dağıntıları, kütləvi itkiləri və eskalasiya üçün əhəmiyyətli potensialı göstərib.
Beləliklə, müşahidəçinin fikrincə, böhranın həllinin əsas açarı Qərbin Ukraynanın müəyyən mənada həqiqətən də Rusiyanın təsir dairəsində olduğunu başa düşməsi olacaq.
Qeyd edək ki, bunan bir müddət əvvəl Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin belə bir fikir bildirib ki, Vladimir Zelenskinin Rusiya üzərində tez qələbə qazanacağı vədləri onun siyasətçi kimi səriştəsizliyindən danışır.
Havar Şəfiyeva





