Bu açıqlama ilə Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller çıxış edib.
Elchi.az xəbər verir ki, Almaniyada qaz anbarlarını Rusiyadan yanacaq istifadə etmədən tam doldurmaq olar, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller məlumat verib.
Şəbəkə agentliyinin rəhbərinin sözlərinə görə, enerjiyə qənaət siyasəti dövlətin soyuq mövsümdən nisbətən yaxşı çıxmasına kömək edə bilib. O, qaz anbarlarının yanacaq sərfiyyatındakı dalğalanmaları kompensasiya etməyə qadir olduğunu, bununla da bazar üçün bufer sistemi formalaşdırdığını da açıqlayıb.
“Hazırda qış mövsümünü demək olar ki, tam anbarla başa vururuq. Yəni, yayda bu, Rusiyadan gələn boru kəməri qazından istifadə etmədən anbarı doldurmağa kömək edəcək”, – deyə Handelsblatt Müllerdən sitat gətirir.
Eyni zamanda, Müller qeyd edib ki, gələn qışa hazırlıq çox yaxşı aparılmalıdır. Bu baxımdan dövlət qazı qənaətlə istehlak etməyə davam etməlidir. Şəbəkə agentliyinin rəhbəri hesab edir ki, qaz tədarükü davam edərsə, planlaşdırılan növbəti LNG terminalları işə düşəcək, ona görə də hava çox da soyuq olmayacaq.
Şayəstə





