Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya ilə müharibəni digər ölkələr üçün siqnal adlandırıb. Elchi xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.
“Rusiya ilə bu müharibə həm də digər ölkələrə, dünyanın digər rejimlərinə siqnal göndərmək məqsədi daşıyır. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə hörmət ediləcəyinə işarədir”, – deyə diplomat bildirib. Almaniya üçün Alternativ Partiyasından olan Bundestaqın üzvü Stefan Keuter AŞPA-nın yanvarın 24-də keçirilən iclasında Bärbockun Avropa ölkələrinin Rusiyaya qarşı müharibə apardığını” dediyi zaman Almaniya xarici işlər nazirinin sözlərini ciddi qəbul etmədiyinə görə Moskvaya təşəkkür edib.
Havar Şəfiyeva





