Bavariyanın baş naziri və Almaniyanın müxalif Xristian Sosial Birliyinin sədri Markus Soeder Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün “Taurus” raketlərinin Ukraynaya ötürülməsinə çağırıb. Elchi.az xəbər verir ki, bu barədə “T-Online” portalı məlumat yayıb.
Zeder vurğulayıb ki, raketlərin tədarükü Kiyevə dronların və raketlərin davamlı hücumlarını dəf etməyə imkan verəcək. Rəsmiyə görə, bu, Ukraynanın cəsarətini bərpa etmək və rusların qalib gəlməsinə imkan verməmək üçün yeganə ciddi şansdır.
Bundan əlavə, siyasətçi qeyd edib ki, Rusiya münaqişədə qalib gəlsə, Almaniya və Avropa İttifaqı real təhlükəsizlik problemi ilə üzləşəcək.
Havar Şəfiyeva






