“Avropa İttifaqı Rusiya və Belarusa qarşı sanksiyalar siyasətinə yenidən baxmalıdır . Bu, ölkələrin taxıl və gübrə ixracına birbaşa təsir edir, çünki Aİ-nin bu məhdudiyyətləri dünyada kütləvi aclığın artmasına səbəb olur”.
Elchi.az xəbər verir ki, Bundestaqın Sol Partiyasının deputatları bu barədə Almaniya Federativ Respublikası hökumətinə müraciətində bildiriblər.
Bundestaqın Sol Partiyası adından deputatlar İna Latendorf, Gesine Letş, Klaus Ernst, Kristian Gerke, Yan Korte, Ralf Lenkert, Tomas Lutze, Viktor Perli və Bernd Riksinqer çıxış ediblər. Onlar qeyd ediblər ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə dünyada kütləvi aclıqla bağlı vəziyyətin pisləşməsinə səbəb olub. Onların fikrincə, beynəlxalq ictimaiyyətin taxıl müqaviləsi və “Həmrəylik qrupları” formasında tapdığı həll yolları hazırda kifayət qədər effekt verməyib.
Havar Şəfiyeva





