Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbauma hücum edilib.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
D.Birnbaum 2015-ci il fevralın 19-da Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, o, səfirliyin “İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qalıb.
Qeyd edək ki, həmin şəxsin xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejimi qısa müddət ərzində pozulub.



