TASS: Almaniya Ukraynanın təhlükəsizliyinə zəmanət verən sənəd üzərində işləyir.
Elchi.az xəbər verir ki, Almaniya hakimiyyəti Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək sənəd üzərində işləyir. Amma orada qarşılıqlı hərbi yardım göstərmək öhdəliyi yoxdur. Bu barədə TASS-a Almaniya Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat verilib.
“Qarşılıqlı yardım göstərmək öhdəliyi yoxdur”, – mənbə bildirib.
O, aydınlaşdırıb ki, belə bir sənədin məqsədi Ukraynaya özünü müdafiə etmək imkanı verməkdir. Müqavilə həm də Kiyevə müxtəlif növ yardımların göstərilməsini tənzimləyəcək.
Şayəstə Hüseynova





