Almaniyanın Ukraynada zirehli texnika istehsalı zavodu açacaq. Elchi.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Armin Papperger CNN-ə müsahibəsində danışıb.
Yeni zavod ölkənin qərb bölgəsində yerləşəcək. “Rheinmetall” onu Ukraynanın dövlət müdafiə qrupu “Ukroboronprom” ilə ortaq şəkildə idarə edəcək, o da obyektin sahibi olacaq.
Almaniyanın ən böyük silah istehsalçısı da ukraynalılara zavodda istehsal olunan tanklara və digər zirehli maşınlara qulluq etməyi öyrədəcək. Zavod işçiləri Fuchs zirehli transportyorlarını tikəcək və təmir edəcəklər.
Qeyd edək ki, daha əvvəl məlum olub ki, Almaniya 2024-cü ilə qədər Ukraynaya 14 Leopard 2 tankı təhvil verəcək.
Havar Şəfiyeva






