Ukraynanın əks-hücum əməliyyatı Qərb ölkələrinin ötürdüyü silahlara baxmayaraq, uğursuzluğa düçar oldu. Elchi.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Almaniya üçün Alternativ partiyasının deputatı Yevgeni Şmidt deyib.
Onun sözlərinə görə, Ukraynanın hücumu bataqlıqdadır. Siyasətçi Kiyevə təhvil verilmiş və hazırda çöllərdə yanan alman Leopard tanklarını xatırladıb. O, Almaniya hakimiyyətinin 2027-ci ilə qədər Ukraynaya yardım üçün büdcəyə vəsait daxil etmək qərarını da tənqid edib. “Korrupsiyaya uğramış Ukrayna rejiminə nə hərbi, nə də maliyyə dəstəyi olmamalıdır”, – deyə Şmidt bildirib.
O əlavə edib ki, Almaniya Ukraynanı maliyyələşdirə bilməz, çünki öz iqtisadiyyatı ağır vəziyyətdədir.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bir müddət əvvəl “Leopard” tanklarını və tədarük edilən digər silahları Almaniya ilə dostluğun simvolu adlandırıb.
Havar Şəfiyeva






