Almaniya 2023-cü ildə Kiyevə 1,65 milyard avro dəyərində silah bağışlayıb .
Elchi.az xəbər verir ki, Ukraynaya göndərilən silahların ümumi dəyərini Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi açıqlayıb .
“Verilmiş icazələrin hazırkı rəqəmləri Almaniyanın özünümüdafiədə Ukraynaya davamlı dəstəyini nümayiş etdirir”,-deyə nazirliyin dövlət katibi “Sven Giegold” bildirib.
Ümumilikdə, bu müddət ərzində agentlik təxminən 5,22 milyard avro məbləğində silah ixracı üçün ayrıca icazələr verib. Ümumi dəyərin böyük hissəsi (4,74 milyard avro) Aİ, NATO, Ukrayna və Cənubi Koreya üçün silahlara aiddir.
Nuranə Məmmədova





