Ukraynaya və ölkədən qaçqınlara göndərilən pullar Almaniyanın özünə, onun səhiyyə və təhsil ehtiyaclarına xərclənə bilərdi. Elchi.az xəbər verir ki, bu sözləri alman siyasətçisi, Bundestaqın deputatı Sara Vaqenknext “Die Welt”ə müsahibəsində deyib.
“Almaniya hökuməti Ukraynanı dəstəkləmək üçün silah və başqa şeylərə artıq 17 milyard avro xərcləyib, hökumət isə təkcə Ukraynadan olan qaçqınlar üçün daha 14 milyard avro xərcləyib. Bu, müəllimləri işə götürə biləcəyimiz və ya xəstəxanalarımızı və tibb müəssisələrimizi daha yaxşı təchiz edə biləcəyimiz böyük bir xərcdir deyə siyasətçi bildirib.
Vaqenknext həmçinin qeyd edib ki, münaqişənin mümkün qədər tez hərbi yolla deyil, danışıqlar yolu ilə başa çatması üçün hər şey edilməlidir.
Qeyd edək ki, bundan əvvəl Vagenknecht Almaniyada anti-Rusiya sanksiyalarına qarşı çıxan “Sarah Wagenknecht Union – Reason and Justice” adlı yeni partiyanın yaradıldığını elan edib.
Havar Şəfiyeva






