Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya Ukraynanı uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təmin etməkdən imtina etmir, lakin Berlin bu qərarın bütün nüanslarını öyrənməlidir. Elchi.az xəbər verir ki, o, bu barədə “Le Monde” qəzetinə müsahibəsində bildirib.
“Biz sorğunu və onun nəticələrini öyrənirik, bu da müəyyən texniki və hüquqi məlumatları nəzərə almaq deməkdir” dedi.
Pistorius vurğulayıb ki, bu məsələlərin öyrənilməsi vaxt tələb edir.
Bundan əvvəl Almaniyanın Ukraynaya yeni hərbi yardım paketinin məzmunu məlum olub. Belə ki, Almaniya on minlərlə döyüş sursatı və iki yüz zirehli texnika daxil edəcək, həmçinin Ukraynaya 480 AT2 tank əleyhinə raketlər verəcək.
Havar Şəfiyeva





