Yüksək səviyyəli alman siyasi mənbələri BBC-yə bildiriblər ki, İngiltərənin həftə sonu Xartum səfirliyindəki işçilərini evakuasiya etmək səyləri digər ölkələrin öz vətəndaşlarını xilas etməsini gecikdirib.
Elchi.az xəbər verir ki,Alman mənbələri Britaniya qüvvələrinin Sudan ordusunun razılığı olmadan Sudana eniş etdiyini iddia edib.
Bu arada, digər Avropa ölkələri öz vətəndaşlarını Sudandan təhlükəsiz şəkildə təxliyə etməyə çalışırdılar. Almaniya digər Avropa ölkələri kimi Xartumun şimalındakı hava limanından istifadə etməyi planlaşdırırdı.
Lakin yüksək səviyyəli alman siyasi mənbələri bildiriblər ki, “Britaniyanın əvvəllər elan olunmamış hərbi mövcudluğu” Sudan ordusunu qəzəbləndirib və evakuasiya üçün hava limanına girişi qadağan edib.
Bu mənbələrdən birinə görə, öz qoşunlarının Sudana icazəsiz enişindən sonra Britaniya əsgərləri ölkəni tərk etməmişdən əvvəl Sudan ordusuna pul ödəməli olub. Hava limanından istifadəyə dair danışıqlara görə Almaniya çox kritik bir zamanda “ən azı yarım gün” itirdi.
Nuranə Məmmədova




