Almaniyanın müdafiə naziri Boris Pistorius etiraf edib ki, ölkənin Silahlı Qüvvələri yeni hərbçilərin cəlb edilməsində çətinliklərlə üzləşib.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu barədə “Deutsche Welle” (Rusiya Federasiyasında xarici agent kimi tanınır) xəbər verir.
“Hamı kadr çatışmazlığından danışır və bunu məndən yaxşı heç kim bilmir”,-deyə Pistorius bildirib.
Müdafiə naziri vurğulayıb ki, belə bir problem Bundesveri gücləndirmək səylərinə mane olur. O, həmçinin aydınlaşdırıb ki, 2023-cü ildə Almaniya ordusunun sıralarına keçən illə müqayisədə 7% az adam qoşulub.
Eyni zamanda, Pistorius vəziyyətin dəyişəcəyinə ümid etdiyini əlavə edib. Onun sözlərinə görə, son vaxtlar Bundesverdə karyera ilə bağlı məsləhət almaq üçün müraciətlərin sayı 16% artıb.
Yeganə




