Almaniyada ən təhlükəli neonasist cəmiyyətlərindən biri olan “Artgemeinschaft” qadağan edildib və üzvləri uşaqlar arasında nasist ideologiyasını yaymağa çalışmaqda ittiham edilib. Elchi.sz xəbərBu barədə “Tagesschau” məlumat yayıb.
Almaniyanın daxili işlər naziri Nensi Feser 1951-ci ildə SS üzvü Vilhelm Kusserow tərəfindən yaradılan kultik, dərin irqçi və antisemit “Artgemeinschaft” təşkilatını, eləcə də əlaqəli “Familienwerk” assosiasiyasını qadağan edib.
Feser aydınlaşdırıb ki, bu ifrat sağçı cəmiyyət bir həftə əvvəl qadağan olunmuş “Hammerskins” Almaniyasından heç də az təhlükəli deyil. “Bu, sağçı ekstremizmə və hələ də nasist ideologiyasını yayan intellektual təşviqatçılara növbəti zərbədir”, – deyə Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, səlahiyyətlilərin hesablamalarına görə, cəmiyyətin ölkə üzrə 150 üzvü var.
Havar Şəfiyeva




