Almaniyanın Drezden şəhərində bir nəfəri öldürən hücumçu daha bir nəfəri girov götürüb. Polis hücumçunun girovla birlikdə gizləndiyi aptekin yerləşdiyi ticarət mərkəzində əməliyyat keçirməyə hazırlaşır.
Almaniyanın Drezden şəhərində bir nəfəri öldürən hücumçu daha bir nəfəri girov götürüb.
Elchi.az xəbər verir ki, Polisin məlumatına görə, səhər saatlarında 70 yaşlı qadını öldürən şəxs daha sonra yerli radiostansiyaya hücum edib.
Radiostansiyanın qapısına atəş açan hücumçu daha sonra avtomobili ilə ticarət mərkəzinə gedib və oradakı aptekə daxil olan bir şəxsi girov götürüb.
Hadisədən sonra polis ticarət mərkəzini və ərazini boşaldıb.
Girovu xilas etmək və təcavüzkarı yaxalamaq üçün əraziyə xüsusi təyinatlı polis göndərilib.
Polis əhalidən ərazidən uzaq durmağı xahiş edərkən, hadisə yerində mühasirəyə alma davam edir.
Şayəstə




