Almaniyada yağan güclü qar səbəbindən dünən Münhen hava limanında 760 reysin təxirə salındığı açıqlanıb. Uçuşlar yerli vaxtla saat 06:00-da bərpa edilib.
Elchi.az xəbər verir ki, bu barədə Münhen hava limanından bildirilib.
Almaniyanın cənubunda yağan güclü qar həyata mənfi təsir edib. Bavariya əyalətində gecə boyu davam edən qar hava və dəmir yolu nəqliyyatını dayandırıb, minlərlə sərnişin terminallarda qalıb. Münhendə qatar, tramvay və avtobusların hərəkətində fasilə yaranıb. Münhen mərkəzi qatar stansiyası gələnlər üçün bağlıdır. Deutsche Bahn dəmir yolu şirkəti tərəfindən edilən açıqlamada sabaha qədər dəmir yolu nəqliyyatının qardan ciddi şəkildə təsirlənəcəyi bildirilib. Münhen polisi zərurət olmadıqca avtomobillərini istifadə etməmələri ilə bağlı əhaliyə xəbərdarlıq edərkən, Münhen Hava Limanı güclü qar yağması səbəbindən dünən 760 uçuşun ləğv edildiyini açıqlayıb.
Açıqlamada hava limanında həyata keçirilə bilməyən uçuşların ardınca bu gün yerli vaxtla saat 06:00-da uçuşların bərpa olunduğu qeyd edilib və uçuşlar yenidən başlasa da, hava nəqliyyatında bəzi məhdudiyyətlərin ola biləcəyinə diqqət çəkilib. . Açıqlamada sərnişinlərdən uçuşlarını daim yoxlamaları istənilib.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...






