Almaniyada “Knockout 51” neonasist təşkilatının üzvlərinə qarşı keçirilən reydlərdə 3 nəfərin saxlanıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Karlsrue şəhəri Federal Baş Prokurorluğundan verilən məlumata görə, Erfurt və Eisenach şəhərlərində barələrində axtarış qərarı çıxarılan şəxslərə qarşı keçirilən reydlər zamanı terror təşkilatı üzvü olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Hazırda Jena Ali Regional Məhkəməsində “Knockout 51” neonasist təşkilatının üzvlərinə qarşı davam edən dövlət təhlükəsizliyi işi üzrə 4 şübhəlinin mühakiməsi aparılır.
Noyabrın sonunda Türingiya və Hessendə qrup üzvlərinə qarşı həyata keçirilən əməliyyat çərçivəsində şübhəlilərin mülklərində axtarışlar aparılıb.
Şayəstə Hüseynova






