Almaniyada Dəmir Yolu İşçiləri Həmkarlar İttifaqının təşkil etdiyi xəbərdarlıq tətili səbəbiylə maaşların artırılması tələbi ilə qatar səfərləri həyata keçirilməyib.
Elchi.az xəbər verir ki,Almaniyada nəqliyyat sektorunda çalışan yüz minlərlə dövlət işçisi ölkənin iki ən böyük Həmkarlar İttifaqının çağırışı ilə 24 saatlıq xəbərdarlıq tətilinə başlayıb.
Tətil səbəbindən ictimai nəqliyyat demək olar ki, tamamilə dayanıb.Tətildən şəhər və şəhərlərarası avtobus, qatar və metro ilə yanaşı, hava və dəniz nəqliyyatı da təsirlənib.
Münhen və Frankfurt kimi böyük hava limanlarında uçuşlar təxirə salınıb.
Məlumata görə Almaniyanın milli dəmir yolu şirkəti Deutsche Bahn-ın uzun məsafəli qatar reysləri də ləğv edilib.
Qeyd edək ki, həmkarlar ittifaqının çağırışı ilə tətilə çıxan işçilər maaşlarının 10,5 faiz artırılmasını tələb edirlər.
Nuranə Məmmədova




