Almaniyanın müdafiə naziri Boris Pistorius Kosovoda xidmət edən alman əsgərlərinə baş çəkib. Pistorius aprel ayından etibarən Kosovoya daha 150 əsgər göndərməyi planlaşdırdıqlarını bildirib.
Elchi.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Balkan turu çərçivəsində gəldiyi Kosovoda NATO-nun Kosovo Qüvvələrində (KFOR) xidmət edən alman əsgərləri ziyarət edib.
Pstorius Kosovoda yaşayan alban və serbləri gərginliyi artırmamağa və dialoqa çağırıb. “Gündəm dialoq və gərginliyin azaldılmasıdır” -deyə nazir bildirib.
Baş nazir çox aydın şəkildə vurğuladı ki, Qərbi Balkanların gələcəyi Avropa Birliyindədir. Bu yol olmalıdır. “Belə olan halda, heç kim vəziyyəti daha da pisləşdirməməlidir .
Almaniyanın hazırda Kosovoda 90 əsgəri var.
Nuranə Məmmədova






