Almaniya hazırda gərgin maliyyə vəziyyətindədir, ölkənin Ukraynaya yardım etdiyinə görə Avropa İttifaqının (Aİ) büdcəsinə əlavə ödənişlər etmək imkanı yoxdur.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “Die Welt” qəzeti Almaniyanın maliyyə naziri Kristian Lindnerdən sitat gətirib:
“Milli büdcəmizdə lazımi ixtisarları nəzərə alaraq, hazırda Avropa İttifaqının büdcəsinə əlavə töhfələr verə bilmərik”.
Onun sözlərinə görə, Aİ-nin digər dövlətləri də eyni vəziyyətdədir.
Avropa Komissiyasının (AK) məlumatına görə, Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsi Ukraynaya yardımın yüksək xərcləri səbəbindən maksimumlaşdırılıb. Hazırda buna baxılır. AK məsələ ilə bağlı nəticələri iyunun 20-də təqdim etməyi planlaşdırırdı.
Bundan əlavə, Lindner qeyd edib ki, Aİ-nin hüquqi öhdəliklərindən irəli gələn qaçılmaz əlavə maliyyə tələblərinə yönəlmiş aydın prioritetlər olmalıdır.
Yeganə





