Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib.
Elchi.az Afp.com-a istinadən xəbər verir ki, o, noyabrın 21-də səhər tezdən qatarla Kiyevə gəlib.
Almaniya Müdafiə Nazirliyi bildirib ki, səfərin məqsədi Berlinin Ukraynaya dəstəyini təsdiqləməkdir. Səfərin əsas mövzuları Ukrayna əsgərlərinin təlimi və Kiyevə hərbi yardım olacaq.
Günün ikinci yarısında Pistorius və onun ukraynalı ortağı Rustem Umerov, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski arasında danışıqlar planlaşdırılır. Siyasi danışıqlardan başqa, səfər proqramına on il əvvəl avropapərəst nümayişlərin başladığı Müstəqillik Meydanına (Maydan) əklil qoyulması mərasimi, həmçinin Ukrayna hərbi təlim mərkəzinə baş çəkmək daxildir.
Bu, Pistoriusun bu ilin yanvarında müdafiə naziri vəzifəsini tutduqdan sonra Kiyevə ikinci səfəridir. Sonuncu dəfə o, fevral ayında Ukraynada olub.
Yeganə






