Almanlar Qvardiola ilə müqavilənin müddətini uzatmaqda qərarlıdır. Hazırda 2016-cı ilin iyun ayına kimi olan müqavilənin daha bir neçə il uzadılması üçün klub rəhbərliyi Peplə danışıqlara başlayıb.
İspaniyalı çalışdırıcı 2013-cü ildən çalışdığı “Bavariya”nı bu il yarım ərzində 82 oyuna çıxarıb ki, klub bu oyunların 65-də qalib gəlib, 9-da bərabərə qalıb, yalnız 8-də məğlub olub.
Komanda cari mövsümdə Almaniya Bundesliqasında şəriksiz liderdir. Çempionlar Liqasının qrup mərhələsini isə almanlar birinci kimi başa vurub.




