Almatıda antiterror əməliyyatına hazırlıq gedir.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Almatı sakinlərinə şəhərdə antiterror əməliyyatının keçiriləcəyi barədə SMS bildiriş göndərilib”, – məlumatda qeyd olunub.
Vətəndaşlardan təhlükəsiz yerlərdə qalmaları xahiş olunur.
Qeyd edək ki, avtomat silahlarla silahlanmış qruplaşmalara qarşı ötən gün də əməliyyat keçirilib.





