Almatı şəhərində yenidən vəziyyət gərginləşib.
Elchi.az xəbər verir ki, etirazçılar şəhər meriyasını ələ keçirməyə çalışırlar.
Binaya girməyə çalışan etirazçılara təhlükəsizlik qüvvələri müqavimət göstərirlər.
Etirazçıların sayı mindən artıqdır. Polis meriyadan 50 metr aralıdakı köhnə iqamətgaha çəkilir. Bir neçə polis döyülüb, dəbilqə və qalxanları götürülüb.






