Şənbə günü, iyunun 17-də Afrikanın altı ölkəsinin liderləri Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının müşaviri Anton Kobyakov məlumat verib .
“İndi Afrikanın altı dövlətinin başçısı prezidentlə görüşmək üçün Sankt-Peterburqa gəlib”, – Kobyakov “SPIEF 2023”-ün yekunlarına dair mətbuat konfransında deyib.
O, həmçinin forumda 150-dən çox yüksək vəzifəli şəxsin iştirak etdiyini bildirib.
Nuranə Məmmədova




