ABŞ, İtaliya, Kanada, Böyük Britaniya, Fransa və Almaniya Qəzzaya humanitar yardım göndərmək və Fələstin ilə İsrail arasında münaqişənin gərginləşməsinin qarşısını almaq üçün səyləri əlaqələndirməyə söz verdilər. Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, altı ölkənin liderləri İsraili və onun özünümüdafiə hüququnu dəstəklədiklərini bir daha təsdiqləyiblər. Eyni zamanda, onlar mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıblar.
Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bəyan etmişdi ki, BMT Misirdən Qəzza zolağına Rafah keçid məntəqəsindən keçən silah yüklərini yoxlamalıdır. Onun sözlərinə görə, Təl-Əvivin tələbi ondan ibarətdir ki, təchizat hərbi və terrorçu qruplar üçün deyil, mülki əhali üçün nəzərdə tutulub.
Havar Şəfiyeva






