NATO alyansı Ukraynanı dəstəkləməyə davam etmək zərurəti ilə “sınaqdan” keçirilir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Bizim vəzifəmiz Ukraynanı ehtiyacı olan silahlarla təmin etməkdir. Müttəfiqlər artıq misli görünməmiş hərbi dəstək veriblər ki, bu da uğurları əldə etməyə imkan verib. Bu gün sınaq bu dəstəyi saxlamaqdır”, – deyə baş katib qeyd edib.
Stoltenberq ABŞ-dan əlavə yardım gözlədiyini də əlavə edib. Onun fikrincə, Ukrayna münaqişəsi həm də Vaşinqtonun təhlükəsizliyi ilə bağlıdır. Lakin o, beynəlxalq yardımın azalması səbəbindən NATO-nun Ukrayna ilə bağlı strategiyasında mümkün dəyişikliklə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.
Havar Şəfiyeva






