Xocalı soyqırımının 23-cü ildönümü dünyanın bir çox ölkələrində qeyd olundu.Azərbaycan Respublikası Prezident
Administrasiyasının və Heydər Əliyev Fondunun dəstəyilə,ölkəmizin tanınmış ziyalıları,habelə, Xocalı sakinləri ictimaiyyətlə görüşdülər.
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin 7 fəal üzvü Türkiyənin müxtəlif əyalətlərində təşkil edilən anım mərasimlərində iştirak və çıxış etdilər. Prezident Administrasiyasının rəhbəri,Akademik R.Mehdiyevin müvafiq Sərəncamı olsa da,bu təşkilatın fəalları dövlət orqanlarından heç bir yardım almadan xarici ölkələrdə təşkil olunan tədbirlərə qatıldılar.
Türkiyənin Amasya Universitetində keçirilən görüş,yaddaşlardan uzun müddət silinməyəcək.Belə ki, tədbirin sonunda bu ali təhsil ocağının Rektoru, Prof.Dr.Metin Orbayın əmrinə əsasən Azərbaycandan gələn hər bir iştirakçının adına ağac əkildiyi,həmin ağacların və qonaqların adının internetdə yerləşdirildiyi barədə məlumat verildi. Ağacların Sertifikatı, Azərbaycandan gələn qonaqlara təqdim edildi.
Vaxtının azlığına baxmayaraq, Amasyanın Valisi, çox hörmətli İbrahim Halil Çomaktekin qonaqları qəbul etdi, çay süfrəsi arxasında onlarla səmimi söhbət etdi.Birliyin sədri, “Ana harayı”qəzetinin baş redaktoru Ş.Sabiroğlunun Amasyada Qarabağ parkının açılması təklifini dəstəklədi.
Bundan başqa, Amasyada fəaliyyət göstərən “Amasya RadyoTV Rek.A.Ş”Şirkətinin və “Amasya”qəzetinin baş redaktoru Hasan Karataşla səmimi görüş oldu.Yerli “ART” kanalına müsahibə verən qonaqlar,Xocalı soyqırımı zamanı dinc sakinlərin başlarına gətirilən bəlalardan danışdılar.
Amasya Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş də,yaddaşlardan uzun müddət silinməyəcək.
Və nəhayət, Amasya Universitetinin tələbəsi Məhəmməd Ələddinov “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təmsilçisi təyin edildi.
Şamilə Şamilqızı






