“AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.
Vəkil Əkbər Bağırov onu da bildirib ki, Abdulla Abdullayevin həbsdə qalma müddəti uzadılıb:“Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Abdulla Abdullayevin həbsdə qalma müddəti fevralın 4-nə kimi uzadılıb. Həmin qərardan apelyasiya şikayəti vermişik. Şikayətimizə dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.
Xatırladaq ki, Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.



