Amazon şirkəti xərcləri azaltmaq üçün müxtəlif vəzifələrdən olan 18 000-dən çox insanı işdən çıxaracağını bildirib.
Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin baş direktoru Andi Cessi ixtisarların şirkətin təxminən 300.000 korporativ işçi qüvvəsinin-təxminən 6 faizini təşkil etdiyini deyib.
Noyabr ayında Amazon şirkəti bir sıra ixtisarlara başlayacağını söyləmişdi, lakin nə qədər insanın işdən çıxarılacağına dair bir rəqəm verilməmişdi.
“Biz təsirə məruz qalanlara dəstək olmaq üçün çalışırıq və ayrılıq ödənişi, müvəqqəti tibbi sığorta müavinətləri və autsorsinq dəstəyi olan daxil paketlər təklif edirik. Amazon keçmişdə qeyri-müəyyən və çətin iqtisadiyyatların öhdəsindən gəlib və biz bunu davam etdirəcəyik”- deyə A.Cessi qeyd edib.
Yeganə




