Sevilyanın Dos Hermanos səmtində “Amazon”un böyük logistika anbarında çalışan işçilərə bağlı olan Ümumi İşçilər İttifaqı (UGT), sağlamlıq, iş və maaş şərtlərinin düzgün olmadığı səbəbiylə tətilə başladıqlarını açıqlayıblar.
Elchi.az-ın xəbərinə görə, UGT bəyan edib ki, “Amazon” şirkəti Sevilyadakı anbarında bazar və bayram günlərində işləmək üçün birtərəfli qaydada əlavə iş saatını dəyişib və bunun nəticəsində işçilər ildə 2000 avro itki verib.
Həmkarlar ittifaqı iddia edri ki, “Amazon” da iş qəzalarını tanımır.
İspaniyadakı anbarlarında 20 minə yaxın işçisi olan “Amazon”, 2025-ci ilin sonuna qədər bu ölkədəki işçilərin sayını 25 minə çatdırmağı planlaşdırır.
Yeganə






