ABŞ-ın İllinoys ştatının Edvardsvill şəhərində “Amazon”un onlayn pərakəndə satış anbarı tornadodan sonra qismən çöküb.
Elchi.az xəbər verir ki, bu barədə FOX-2 məlumat yayıb.
Qeyd edilib ki, onlarla insan dağıntılar altındadır.
Bəzi məlumatlara görə, binada 50-100 nəfər qalıb.
Qeyd edək ki, Arkanzas ştatının Monett şəhərindəki qocalar evini tornadonun dağıtması nəticəsində iki nəfərin öldüyü, beş nəfərin yaralandığını bildirilmişdi. Ən azı 20 nəfərin dağıntılar altında olduğu ehtimal edilir.





