"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AMEA-da ev qalmaqalı böyüyür – Müqavilələr ortaya çıxdı

04 Dekabr 2017 - 18:08
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT MANŞET, MANŞET, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

AMEA İşlər İdarəsinin müdir müavininin 21 noyabr tarixli açıqlamasına yataqxana sakinlərinin cavabı

Bir neçə aydır ki, AMEA ilə Bakı şəhəri, Şərifzadə 12 ünvanında  yerləşən yataqxanada daimi qeydiyyatda olan və yaşayan, yaşadıqları mənzilə qanuni orderləri olan AMEA əməkdaşları və  vaxtilə AMEA-da işləmiş yataqxana sakinləri arasındakı mənzil mübahisəsi davam edir. Xatırladaq ki,  “Evrostroy-S”  tikinti şirkəti ilə AMEA-nın mərhum Prezidenti M.Kərimov arasında imzalanmış müqaviləyə (müqavilənin 1.3. və digər bəndlərinə) əsasən həmin sakinlərin köçürülməsi üçün  yataqxananın həyətində tikilən binadakı mənzillər sonrakı rəhbərlik və onun yaratdığı Mənzil Komissiyasının səlahiyyətli nümayəndələri tərəfindən mənimsənilərək, sakinlərə verilməyib. Əvəzində sakinlərin bir hissəsinə nəzərdə tutulmayan başqa binadan mənzillər verilib, qalanları isə müxtəlif bəhanələrlə bölgüdən kənarlaşdırılıb. Bölgüdən kənarlaşdırılmış sakinlərin çoxsaylı instansiyalara müraciətlərinə baxmayaraq, AMEA qanunlara və müqavilənin şərtlərinə məhəl qoymadan qanunsuz bölgüsünü həyata keçirməkdə davam edir.

Bununla əlaqədar sakinlər Elchi.az-a müraciət rdərək bildiriblər ki, bugünlərdə AMEA İşlər İdarəsinin müdir müavini, AMEA mənzil komissiyasının üzvü Sərdar Əliyevin “Bizim yol” saytına verdiyi müsahibədə özünəməxsus şəkildə AMEA rəhbərliyinin və Mənzil Komissiyasının qanunsuz əməllərini ört-basdır etməyə çalışır. Ya S.Əliyevin savadı imkan vermir ki, yazılanları oxuduqda düzgün dərk etsin, ya da qəsdən təhrifetmələrlə oxucularda çaşqınlıq yaradır, adlarından danışdığı şəxsləri təmizə çıxarmağa çalışır.

Sakinlərin müraciətində “Çox güman ki, mənimsənilmiş mənzillərin əvəzi  başqa müqavilələr vasitəsilə ödənilib. Yataqxana ərazisində tikilmiş binalardan AMEA-nın məsul şəxslərinin eyni gündə mənzillər “almaları” bunu deməyə əsas verir.” yazılıb. Mənzil komissiyasının onlara mənzil verdiyi deyilməyib. Mənimsənilmiş mənzillərin əvəzində yataqxana ərazisində tikilmiş binalardan birinin 4-cü girişindəki mənzillər “alınıb”.

S.Əliyev isə deyib:  “Adı çəkilən şəxslərin heç biri AMEA-dan mənzil almayıblar. O evləri göstərin, o mənzilləri biz sizə verək. Mən uzun illərdir, mənzil komissiyasının üzvüyəm, AMEA-da hər zaman bu məsələlərə ədalətlə baxılıb. Sözügedən məsələylə bağlı yataqxana sakinləri məhkəməyə müraciət edə bilərlər. ”

Əlbəttə, AMEA mənzil komissiyası onlara açıq-aşkar mənzil verə bilməzdi. Bu həm “bomba effekti” yaradardı, həm də sakinlər üçün tikilmış mənzillərlə (ən böyüyünün sahəsi 78 kv.m-dir) müqayisədə şirkətin özü üçün tikdiyi mənzillər daha münasibdir. S.Əliyev qəsdən məsələni bu cür hallandırır ki, guya cavab verildi

İndi zəhmət olmasa, S.Əliyev bu sənədlərə baxsın və cavab versin. Biz məsələni işıqlandırmağa çalışdıq. Hadisələrə hüquqi qiyməti isə hüquq mühafizə orqanları verə bilər.

Bir daha xatırladaq ki:

AMEA-nın keçmiş prezidenti M.Kərimov 09 fevral 2013-cü ildə dünyasını dəyişib.

Mənzil komissiyası 16 iyul 2013-cü il tarixində yaradılıb.

Mənzillərin alınması üçün bağlanmış müqavilələrin hamısı eyni tarixdə, yəni 07 oktyabr 2013-cü il tarixində olub.

“Nəğd pulla” mənzil almış məsul şəxslər:

Əlizadə Akif Ağamehti oğlu – AMEA-nın prezidenti. Aldığı mənzillər: 4-cü girişin 5-ci mərtəbəsində, sahələri 178,3 kv.m və 63,4 kv.m, ümumi qiyməti 181 275man olan 2 mənzil (müqavilə №72 və 73);

Əlizadə Tamilla Aşum qızı – A.Əlizadənin yaxın qohumu. Aldığı mənzillər: 4-cü girişin 6-ci mərtəbəsində sahələri 178,3 kv.m və 63,4 kv.m, ümumi qiyməti 181 275man olan 2 mənzil (müqavilə №74 və 75);

Quluyev İbrahim Said oğlu – AMEA-nın vitse-prezidenti, AMEA mənzil komissiyasının sədri. Aldığı mənzil: 4-cü girişin 7-ci mərtəbəsində sahəsi 178,3 kv.m, qiyməti 133 725man olan bir mənzil (müqavilə №76).

Bayramova Ülviyyə Rafiq qızı. Aldığı mənzil: 4-cü girişin 8-ci mərtəbəsində sahəsi 178,3 kv.m, qiyməti 133 725man olan bir mənzil (müqavilə №77). Deyilənə görə bu mənzili Abdullayev Fətəli (AMEA İşlər İdarəsinin müdiri, AMEA mənzil komissiyasının üzvü) alıb.

 

 

 

 

 

 

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İnternetdə “Mavi balina” bəlası: Uşaqları necə qoruyaq?

Next Post

Kataloniya siyasi liderlərin həbs cəzası təsdiqləndi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post

Kataloniya siyasi liderlərin həbs cəzası təsdiqləndi

Azərbaycan Xalça Muzeyinə yeni mətbuat katibi təyin olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.