"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“AMEA-nın işçilərinə dövlət qulluqçusu statusu verilməsinə ehtiyac yoxdur”- Əjdər Ağayev

08 İyun 2015 - 14:54
in SOSİAL

5eb7bc337585c0f4a2d4eeeed48e2da9AMEA“Çünki elmi işçilər üçün status deyil, əmək haqları və sosial şəraitlərinin yaxşılaşması daha maraqlıdır”

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) işçilərinə dövlət qulluqçusu statusu verilə bilər”.

Bunu sözügedən qurumun prezidenti, akademik Akif Əlizadə deyib. O, bildirib ki, məsələni müvafiq orqanlar qarşısında qaldıracaq:

“Bunun müsbət həll ediləcəyi gözlənilir. Güman edirəm ki, əlaqədar instansyalar müsbət fikir söyləyəcək. Dövlət qulluqçusu statusunun verilməsinin elmi işçilərə xeyri olacaq və bu, onlara stimul verəcək”.

akademik_akifalizadeA.Əlizadənin sözlərinə görə, məlum statusu aldıqdan sonra elmi işçilər bəzi imtiyazlara da sahib ola biləcəklər:

“Bu statusu əldə edən şəxslərə dövlət tərəfindən bəzi imtiyazlar verilir. Elmi işçilər dövlət qulluqçusuna bərabər tutulacaqsa, bu, bizim yaşlaşmış alimlərimizin təqaüdlərinin artmasına da imkan verəcək”.

A.Əlizadə onu da diqqətə çatdırıb ki, dövlət qulluqçusu statusunun bütün elmi işçilərə şamil edilməsi təklif edilir.

Akademikin təklifini dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri , təhsil üzrə ekspert Əjdər Ağayev AİM.az-a bildirib ki, buna ehtiyac yoxdur. Çünki elmi işçilər üçün status deyil, əmək haqları və sosial şəraitlərinin yaxşılaşması daha maraqlıdır:

Əjdər-Ağayev-(eagayev)” Tutaq ki, AMEA-nın işçilərinə həmin status verildi. Sonra həkimlər dəyəcəklər ki, onlara da bu status verilsin. Amma düşünürəm ki, dövlət qulluqçusu statusu hökumətin tərkibində olan nazirliklər və prezident administarsiyası tərkibindəki institutlarda çalışan insanlara verilməlidir. İşləri ilə əlaqədar bu statusa daha çox onlar layiqdirlər”.

Ekspertin fikrincə, dövlət qulluqçusu statusunu adiləşdirmək doğru deyil:

“Onu kütləviləşdirməyə eyhtiyac yoxdur. Zənnimcə, diqqəti status məsələsinə deyil, elmi işçilərin əmək haqlarının artırılması, sosial şəraitlərinin və mənzil təminatlarının yaxşılaşdırlmasına yönəlmək lazımdır”.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, AMEA Fizika İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə dokroru, dosent Yusif Alıyev isə söyləyib ki, dövlətin iqtisadi siyasi və sosial cəhətdən guclənməsində akademiya alimlərinin çox böyük xidmətləri var:

download (1)“Təbii ki, bu xidmətlər dövlət tərəfindən qanunvericiliklə tənzimlənməlidir. Bir məsələni nəzərə almalıyıq ki, dövlət qulluqçusu statusuna aid edilən şəxslər dövlət orqanında təmsil olunurlar. Amma bu səbəbdən düşünürəm ki, akademiya əməkdaşlarına dövlət qulluqçusu statusununun verilməsi mövcud “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununu ilə tənzimlənmədiyindən bu qanununa müvafiq duzəlişlər edilməli və yaxud da Təhsil, elm və səhiyyə sahəsində çalışan şəxslərə xüsusi dövlət qulluqçusu adının verilməsinə dair ayrıca qanun qəbul edilməlidir”.

Məlum statusun üstünlüklərindən söz açan gənc alim, qeyd edib ki, akademiya işçilərinə belə bir status verilərsə, onlarin əmək haqları dövlət qulluqçularının maaşları səviyyəsində artar, dövlət tərəfindən xüsusi güzəşt və imtiyazlar verilər, təqaüd yaşında isə heç bir alim ictimai qınağa tuş gəlməyərək yüksək pensiya təminatı ilə təqaüdə çıxar:

“Bu statusun qanuni tənzimlənməsini isə mütəxəssislər və hüquqşünaslar işləyib hazırlasalar, daha məqsədəuyğun olar”.

Mənsur Türksoy,

Aim.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Mehriban Əliyevanın məşəlini yandırdığım üçün xoşbəxtəm” – Xalq artisti

Next Post

Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Arsen Baqdasaryan aman dilədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.