Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən müəyyənləşib.
Elchi.az xəbər verir ki, bu barədə AMEA-nın Ümumi yığıncağında qərar qəbul olunub.
Qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.
Akademiyanın yeni prezident növbəti Ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın bu ilin aprel ayında keçirilməsi gözlənilir.
***
saat 12:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.
Elchi.az xəbər verir ki, Ümumi yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunur.






