Amerika Erməni Milli Komitəsinin (AEMK) nümayəndələri Aram Ambryan və Keyt Naapetyan ATƏT-in Minsk
Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüblər.
APA-nın məlumatına görə, onlar amerikalı diplomatdan “Azərbaycanı müharibəyə yönələn addımlardan çəkindirməyi” xahiş ediblər.
Görüş zamanı AEMK sədri Kena Xaçikyanın məktubu Uorlikə təqdim olunub.
Məktubda Azərbaycan tərəfini Ermənistan və Dağlıq Qarabağa hücumlar etməkdə və atəşkəsi pozmaqda ittiham olunur.



