"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerika nəşri: Neft qiymətlərinin enməsi Rusiya və Səudiyyə Ərəbistanına iflas təhlükəsi yaradıb, Azərbaycan BVF-dan yardım istəyir – Təhlil

11 Fevral 2016 - 16:58
in XƏBƏR LENTİ

Növbəti böyük maliyyə böhranı necə olacaq? O, iki il müddətində şişmiş texnoloji şirkətlərin səhmlərinin partlayan qovuqlarıı üzündənmi baş verəcək? Yoxsa 2016-cı ilin başlanğıcındakı enmə nəzərə alınmaqla fond bazarlarının total şəkildə çöküşü səbəb olacaq? Bunların hamısı tam mümkündür. Lakin daha çox ağlabatandır ki, neft və xammal qiymətlərinin düşməsi üzündən bizi dövlətlərin müflisləşməsi gözlənilir. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin enməyinə görə ziyan çəkmiş Azərbaycana yardım göstərməyi müzakirə edir. Venesuela eyni səbəbdən növbəti dəfə çökmək üzrədir. Deyəsən, Ekvador da eyni yolu gedir. Daha nüfuzlu ölkələr, xüsusən Rusiya və Səudiyyə Ərəbistanı da təhdid altındadır. Neft qiymətləri ucuz qalsa, onların heç biri maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Biz yenidən suveren borcun tammiqyaslı böhranı ilə üzləşə bilərik, lakin bu dəfə avro zonasının çevrəsindəki ölkələr deyil, xammal ixracatçıları müflisləşəcək. Lakin avro zonasındakı böhran halındakı kimi bank sistemi tezliklə boşalmış görünəcək və təcili, ciddi maliyyə yardımı zərfi tələb olunacaq. Başlıca məsələ bundadır ki, ardınca islahatlar gələcəkmi? Çünki iqtisadiyyatını artıq xammal ixracatı əsasında qurmaq iqtidarında olmayan ölkələrə yardım etməyin, sadəcə, mənası yoxdur. Neft və digər xammalların bütün il boyu bazarlarda üstünlük təşkil edən qiymətinin düşməsi inkişaf eməkdə olan ölkələr daxil olmaqla dünyanın böyük hissəsi üçün iqtisadi artım təkanı oldu. Lakin bu, ixracatçılar üçün fəlakətdir.

İlk çatlar keçmiş sovet respublikaları arasında ən böyük neft ixracatçılaırndan biri olan Azərbaycanda üzə çıxdı. Bakı təcili yardım haqda BVF ilə danışıqlar aparır, çünki hər barrel neftin 100 dollardan yuxarı olduğu dövrdə toplanmış ehtiyatları sürətlə yandırır. О, artıq ehtiyatların 60%-dn çoxunu itirib və BVF-dan dörd milyard dollardan çox yardım istəyir.

Lakin təkcə Azərbaycan çətin dövrlər yaşamır. Zəngin neft yataqlarına baxmayaraq, iqtisadiyyatı artıq çoxdan dəhşətli durumda olan Venesuela həmişəkindən daha böyük problemlərlə üsləşib. Prezident artıq iqtisadiyyatda fövqəladə vəziyyət (FV) elan edib, lakin FV sadə adamların əksəriyyəti üçün adi çətin durumdan az fərqlənir. Ekvador da çox yaxşı görünmür.

Sonra Nigeriyadır. О, neftin aşağı dəyəri üzündən tükənən nəqd ehtiyatları qorumaq üçün artıq Ümumdünya bankı və Afrika inkişaf bankından 3,5 milyard dollar istəyib.

Bəs iqtisadiyyatı neftlə hərəkətlənən Səudiyyə Ərəbistanı və Rusiya kimi həqiqi mənada böyük ölkələr xüsusunda necə?

Səudiyyənin maliyyəsi heç vaxt şəffaflığı ilə seçilməyib. Hesab olunur ki, bu ölkədəki neft hasilatı dünyada ən ucuz hasilatdır. Lakin bununla belə, krallığın xərcləri böyükdür, başqa gəlir qaynaqları isə yoxdur. Xərclərin azaldılmasına baxmayaraq, hətta rəsmi məlumatlar da keçən ilki 100 milyard dollar həcmində büdcə kəsirindən xəbər verir. Görünür, bu il də çox yaxşı olmayacaq. Söhbət ÜDM-in 15%-i həcmində kəsirdən gedir və Yunanıstan bu fonda firavan ölkə kimi görünür. Səudların iqtisadiyyatı saxlmağa xeyli vəsaitləri var, lakin hər il qazandıqlarından 15 % çox xərcləyərək bütün ehtiyatları çox sürətlə yandırırlar.

Rusiyanın büdcə kəsiri bu cür böyük deyil. Maliyyə Nazirliyi ehtimal edir ki, kəsir 2016-cı ild 20 milyard dollar və ya ÜDM-in 3%-i təşkil edəcək. Lakin bu hesablama neftin hər barrrelinə 40 dollara əsaslanmışdı. Deyəsən, bu dövr isə uzaq keçmişdə qalıb.

İqtisadiyyat tənəzzül yaşayır. Son məlumatlara görə, illik hesalamada 3,7 % təşkil edən rubl sərbəst məzənnəyə yollanıb və ölkə valyuta ehtiyatlarını sürətlə sərf edir. Vladimir Putin hərbi macəralar xatirinə iqtisadiyyatı şaxələndirmək cəhdlərində biabırçı məğlubiyyətə uğradı və onu energetik bazarların mərhəmətinə buraxdı Qəribədir, artıq tez-tez eşitmirik ki, Putin neft və qaz tədarükünü nəzarətə götürməklə Qərbi Avropanı şantaj edə bilər. Bundan yaxşı heç nə alınmadı.

Neft ixracatçıları kasıblasa, hər şey təkrar olunacaq. Milli neft şirkətlərinə verilmiş kreditlər və inşaat layihələrinə hökumət zəmanətləri mövcuddur. Bütün bunlar çox tezliklə dağıla bilər. Avropa bank indeksinin ilin əvvəlindən 30% itirməyinin səbəblərindən biri neft qiymətlərinin düşməsinə görə bank sektorundakı gələcək ziyanların tədricən dərk edilməsi ilə bağlıdır. Deutsche Bank bu həftə qaya kimi möhkəm qaldığını deyərək investorları sakitləşdirməyə çalışdı. Lakin qəribə olsa da, investorlar çox da sakitləşmədilər.

Əvvəlki böhran üzündən dünya ehtiyatları, xüsusən də BVF və Ümumdünya bankında tükənib. İrlandiya, bəlkə də, xəstəxanadan buraxılıb, lakin Yunanıstan və Portuqaliya intensiv terapiya şöbəsində qalmaqdadır. Həm də görünmür ki, Yunanıstan yaxın vaxtlarda ayaqüstə dura biləck.

 

Metyü Linn

Market Watch (ABŞ), 11.02.2016

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Dilqəmi görəndə dəhşətə gəldim…` – Şuşadan məktub

Next Post

Azərbaycana inək gətirən TIR atəşə tutuldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycana inək gətirən TIR atəşə tutuldu

Dünyanı qorxuya salan İslam Ordusu İLK DƏFƏ görüşür

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.