"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerika ordusu Azərbaycanda məxfi araşdırma keçirdi, nəticələr açıqlandı

06 Avqust 2015 - 12:02
in XƏBƏR LENTİ

Amerika ordusu Azərbaycanda məxfi araşdırma keçirdi, nəticələr açıqlandı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Pentaqon Azərbaycanda əhalinin ABŞ-a münasibətini öyrənmək üçün sosioloji araşdırma sifariş verib və ortaya maraqlı nəticələr çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, araşdırma nəticəsində Azərbaycanda ABŞ-ın nüfuzunu xeyli itirdiyi məlum olub.
Araşdırmanı  ABŞ-ın Viskinson Universitetindən sosiologiya professoru, Rusiyanı, Mərkəzi Asiyanı və Şərqi Avropanı araşdırma Mərkəzinin rəhbəri Teodor Gerber və Arizona Universitetindən adyunkt-professor Ceyn Zaviska aparıblar. Araşdırmanı ABŞ ordusunun Araşdırma laboratoriyası qrant şəklində dəstəkləyib.
Professorlar araşdırmanın nəticələri barədə “Newsweek” jurnalında dərc edilmiş geniş məqalədə məlumat veriblər.
Araşdırma göstərib ki, Azərbaycanda sadə insanlar ABŞ-ı dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə həyasızcasına müdaxilə edən, öz maraqlarını güdən dövlət hesab edirlər.
Müəlliflər hesab edirlər ki, bu, Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir. Araşdırma 2014-cü ilin aprelindən avqustuna qədər Azərbaycan, Ukrayna, Rusiya və Qırğızıstanın müxtəlif şəhərlərində əvvəlcədən elmi metodlarla seçilib müəyyən edilmiş 18 fokus-qrup arasında keçirilib. Məlum olub ki, araşdırmanın aparıldığı qalan ölkələrdə də əhalinin ABŞ-a qarşı münasibəti əsasən mənfidir.
Təbii ki, iki amerikalı professor araşdırmanı təkbaşına aparmayıb və bu məqsədlə yerli qruplarla əməkdaşlıq edib. Lakin hansı qruplarla əməkdaşlıq edildiyi açıqlanmır. Professorlar araşdırmanı aparmaq üçün metodik vəsaitlər işləyib hazırlayıblar və fokus-qrupların işini izləyiblər. Yalnız Azərbaycanın Sabirabad şəhərində iki fokus-qrupla işləmək mümkün olmayıb. Çünki amerikalıların adamları “siyasi mürəkkəblik və logistika problemləri ucbatından” bu şəhərə daxil ola bilməyiblər. Nəticədə onlar Bakı ilə kifayətlənməli olublar və biri qadın, biri kişi olmaqla iki fokus qrupu ilə işləyiblər.
Azərbaycandakı fokus-qruplarda ABŞ barədə iki əsas mövqe müşahidə edilib. Qadınlardan ibarət fokus-qrupda respondentlər Amerikanın təhsil, səhiyyə sistemin, iqtisadiyyatını, siyasi sistemini və həyat səviyyəsini tərifləyiblər. Ancaq qadınlar Amerikanın xarici siyasəti haqda bir  kəlmə də demək istəməyiblər.
Kişilərdən ibarət fokus-qruplarda isə birmənalı olmayan fikirlər səslənib. Respondentlər ABŞ-ın hərbi gücü, iqtisadiyyatı və demokratiyası barədə müsbət fikirlər desələr də bu ölkənin demokratiyanı yaymaq səyləri barədə ancaq mənfi danışıblar.
“ABŞ özü üçün demokratikdir, başqa ölkələr üçün yox. Bütün bunların hamısı ancaq sözdür, onlar heç vaxt yerli əhalinin əvəzindən onun etməli olduğunu etməyəcəklər. Onlar demokratiya qurmurlar”-Bakıdakı respondentlərdən biri deyib.
Digər respondent isə bildirib ki, Azərbaycanda da Amerikadakı kimi təhsil, səhiyyə sisteminin olması əla olardı. Həmin respondent ABŞ-da insanların öz hüquqlarını bildiyini, polisin isə səlahiyyətlərini yaxşı dərk etdiyini bildirib.
“Əgər bizim vətəndaşlar da amerikalılar kimi öz hüquqlarını dərk edə bilsəydi, demokratiya qurmaq mümkün olardı” – həmin respondent deyib.
Növbəti respondent isə bildirib ki, bütün kiçik ölkələrdə Amerika imperialistləri və sionistləri diktatorları hakimiyyətə gətirir, sonra həmin ölkələrin sərvətlərini talayır.
“ABŞ ancaq öz demokratik quruluşunu və vətəndaşlarının hüquqlarını qoruyur. Başqa ölkələri isə talayır. ABŞ-ın siyasinin məqsədi bizim kimi balaca ölkələri talamaq, onları özünə tabe etdirməkdir” – respondent bildirib.
Respondetlərdən digəri isə Ukraynadakı münaqişənin günahkarının ABŞ olduğunu deyib. Gözlənilmədən  bildirib ki, onun eşitdiyinə görə amerikalılar Azərbaycanda da Ukraynadakı kimi inqilab hazırlayır.
Həmin respondent bu barədə “qəzetdən oxuduğunu” deyib: “Onlar iğtişaş yaratmaq, bizim Rusiya ilə münasibətlərimizi korlamaq istəyirlər”.
Rəyi soruşulanların əksəriyyəti ABŞ-dan fərqli olaraq Rusiya barədə müsbət fikirlər bildiriblər. Hətta respondentlərdən biri deyib ki, o, Türkiyə və Rusiya arasında seçim etməli olsa, ikincini seçərdi.
Araşdırmanın nəticəsi olaraq professorlar təklif edirlər ki, ABŞ bu regionda özünün “yumşaq gücünü” bərpa etmək üçün QHT-lərə birbaşa dəstəyi azaltmalıdır. Çünki ABŞ həmin ölkələrdə QHT-lərə kömək etməklə onlara “ayı xidməti” göstərir.
Hakimiyyət bu yardımı Amerikanın ölkənin daxili işlərinə müdaxiləsi kimi təqdim edir və nəticədə ABŞ-ın reputasiyasına zərbə dəyir. Habelə Amerikadan qrant alan yerli QHT-lər bundan ziyan çəkir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ senatorları İrana inanmır

Next Post

Əsrlərdir, axtarılan qədim Hunan şəhəri – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əsrlərdir, axtarılan qədim Hunan şəhəri - FOTOLAR

ABŞ və Türkiyə Suriyanı yox, İŞİD-i vurur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.