"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerika polisi Azərbaycan hakimiyyətinə necə xidmət edir

27 Dekabr 2014 - 14:52
in XƏBƏR LENTİ

img1452226Amerika Birləşmiş Ştatlarında polisin günahsız insanları güllələməsi artıq böyüyərək irqçilik əleyhinə kütləvi etirazlara səbəb olub. Son olaraq bir neçə gün əvvəl Sent Luis şəhərinin işgüzar mərkəzinin yaxınlığında gecə-gündüz mağazasının önündə ABŞ polisi qaradərili ölkə sakinini güllələyib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Atışma nəticəsində Antonio Martini adlı 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Bu, avqustun 9-da, gecə Missuri ştatının Ferqüsson şəhərində polisə tabe olmayan 18 yaşlı qaradərili gənc Maykl Braunun öldürülməsi ilə başlayan kütləvi etirazların hələ də davam etdiyi bir zamana təsadüf edir. Analoji hadisə 2009-cu ildə Oskar Qrant adlı qaradərili amerikalının öldürülməsi ilə baş vermişdi. İndi isə hadisə artıq öz axınından çıxıb, bir neçə gün əvvəl Nyu-Yorkda iki polis əməkdaşı güllələnib və bir neçə nəfər polisə zəng edərək öldürməklə hədələyib. Bütün bunlar necə deyərlər, Amerikanın daxili işi olsa da, müəyyən mənada Azərbaycan kimi ölkələrə də təsiri var.
Məsələ ondadır ki, bu hadisə dünyanın ən azad və demokratik ölkələrindən birində baş verir. Amerikada polisin qaradərililəri güllələməsi hər nə qədər ölkədə daxili sabitliyin pozulması, iğtişaşlara səbəb olsa da, eyni zamanda bir çox hökumətlər üçün əlverişlidir. Çünki bu hadisələr ABŞ hökumətinin demokratiya və insan haqları ilə bağlı vəziyyəti təsbitinə,  tənqidlərinə əks-arqument olaraq göstərilir. Məsələn, illər öncə Azərbaycanda dinc vətəndaşlara işgəncə verilməsi, polis zorakılıqları gündəmdə olanda və ABŞ hökuməti bu barədə sərt tənqidi açıqlamalar verəndə, hesabatlar yayılanda qəflətən ABŞ-ın İraqda “Əbu Qureyb” və Quantanamo düşərgəsində əsirlərə  işgəncə verməsi faktları dünya mediasında yayıldı. Bu isə Amerikaya qarşı ciddi əks-arqumentə çevrildi. Çünki məlum olurdu ki, dünyada insan haqları mövzusuna bu qədər diqqət ayıran və həssas yanaşan ABŞ-ın özündə də işgəncə varmış, insanlar günahlarını etiraf etmədikləri üçün ağır işgəncələrə məruz qalırmış.
İndi də təxminən həmin vəziyyət yaranıb. Vaşinqtondan Bakıya tənqid ünvanlanan kimi Bakıdan sərt cavab verilir. ABŞ hökumətinə “öz ayıblarına kor olmaq” tövsiyə olunur. Ancaq indi bu tənqidlər xeyli dərəcədə sərtdir. Əlbəttə, Vaşinqtona ünvanlanan tənqidlərdə haqlılıq elementləri kifayət qədər güclüdür. Amerika polisinin günahsız, azca şübhələndiyi insanları güllələməsi bütün dünyada qınaq doğurub. Amerikanın özündə isə insanlar küçələrə çıxaraq polis vəhşiliklərinə kütləvi etirazlarla cavab veriblər.
Bu baxımdan Amerika polisi Vaşinqtonu tənqid etmək istəyən və ya ABŞ hökuməti tərəfindən tənqidə məruz qalan hakimiyyətlər üçün güclü arqument verir. Yəni polislər bu hökumətlərə tənqid üçün mövzu verməklə onlara xidmət göstərmiş olur. Rusiya, Çin, İran, indi isə Azərbaycan kimi tənqid olunan ölkələr Amerika polisinin həyata keçirdiyi qətllərdən geninə-boluna faydalanırlar. Arada isə olan yerli demokratlara olur.
Yeri gəlmişkən, hər nə qədər kənardan zəif kontur-arqument kimi görünsə də, Amerika əleyhinə çıxışlar və aparılan kampaniya yerlərdə vətəndaşlara böyük təsir göstərir. Dünyada ABŞ-a qarşı düşmən münasibətin artdığı bir zamanda bu cür faktların qabardılması sadə insanlar arasında ciddi effekt verir. İnsanlara təlqin olunur ki, dünyada demokratiya müdafiəçisi kimi çıxış edən Amerikanın özündə bur cür neqativ hallar baş verirsə, o zaman bunu Azərbaycan kimi ölkədən necə tələb edir? Ritorik olsa da, kütlə içərisində təsir yaradan məntiqdir.
Bu mənada ABŞ-da baş verən hər bir neqativ hadisə son nəticədə ona qarşı arqumentə çevrilir. Yəni sadə dillə deyilsə, Amerikada günahsız insanları küçədə güllələyən polislər bir mənada həm də Azərbaycan hakimiyyətinə xidmət edir. Ona arqument verir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazir bahalaşmadan danışdı

Next Post

Türklərdən ruslara zərbə

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türklərdən ruslara zərbə

Bakını erməni hiyləsindən müdafiə edən gürcü deputat dava saldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.