Alimlər Amerika qitəsinə keçidin 21 min ilə 23 min il əvvəl baş verdiyini göstərən dəlilləri təsdiqlədiklərini açıqladılar.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) press-relizinə görə, Amerika qitəsində insan varlığına dair əvvəlki sübutlar 14 min ilə 16 min il əvvəli göstərdi.
2009-cu ildə ABŞ-ın Nyu-Meksiko əyalətində aşkar edilən qalıqlaşmış ayaq izlərindəki toxumların radiokarbon tarixləndirməsi insanların qitədə 21 min ilə 23 min il əvvəl mövcud olduğunu ortaya çıxardı.
Bəzi arxeoloqlar, araşdırmada araşdırılan Ruppia cirrhosa su bitkisinin toxumlarının sudan karbon atomlarını çəkə biləcəyini bildirərək, tapıntıların yanıltıcı ola biləcəyini müdafiə etdilər.
Aşağıdakı tədqiqatlar, radiokarbon üsulundan istifadə edərək, ayaq izlərində tapılan quru bitkisinin iynəyarpaqlı poleninin yaşını təyin etməyə yönəlmişdir.
Ən az 75 min tozcuq dənəsinin istifadə edildiyi araşdırmada iynəyarpaqlı polenin Ruppia cirrhosa bitkisinin toxumları ilə eyni yaşda olduğu təyin olundu.
Elm adamları fosildəki kvars dənələrinin ən son nə vaxt günəş işığına məruz qaldığını da “optik stimullaşdırılmış lüminesans” adlı yaş təyini üsulu ilə təyin etdilər. Araşdırma fosillərin ən az 21.500 yaşında olduğunu göstərdi.
Tədqiqatçılardan Kathleen Springer, fosillər ilk tapıldığı zaman araşdırmanın məqaləsi dərc edilərkən başqa üsullarla yaş təyini üzərində işə başladıqlarını və ayaq izlərinin yaşından əmin olduqlarını ifadə etdi.
Araşdırmanın elmi məqaləsi Science jurnalında dərc olunub.
Şayəstə Hüseynova





