"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerika tankları Gürcüstana gəlir

02 May 2016 - 17:20
in XƏBƏR LENTİ
Amerika tankları Gürcüstana gəlir

ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyəti Gürcüstana səfərə gəlib. Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodges-in rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdıracaq. Yaxınlaşan Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə gətirilməlidir.
“Layiqli Tərəfdaş” adlı irimiqyaslı təlimlər gələn ay keçiriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur. Doğrudur, ABŞ-ın hərbi texnikası əvvəlki təlimlərə də cəlb edilmişdi. Ancaq bu dəfə Amerika arsenalının tərkibini daha da genişləndirmək qərara alınıb. İlk dəfə olaraq birgə təlimlərdə Amerikanın “Abrams” tankları da iştirak edəcək.
“Biz bura Batumi limanının imkanlarını öyrənməyə gəlmişik. Bilmək istəyirik ki, görək limandan təlim meydanına texnikanı nə qədər tez çatdıra bilərik. Təlimlər üçün Bolqarıstandan bərə ilə yüzlərlə amerikan tankı gətiriləcək”, – deyə Ben Hodges bildirib.
NATO mütəxəssisləri dəniz limanı ilə yanaşı, Batumi beynəlxalq hava limanına da baxış keçiriblər. Gürcüstanın Baş Qərargah rəisi Vaxtanq Kapanadze qonaqların Batumidən sonra NATO üzvü olan Qara dəniz ölkələrinə də baş çəkəcəklərini söyləyib.

MAY TƏLİMLƏRİ SƏFƏRİN YEGANƏ MƏQSƏDİ DEYİL

“Belə mötəbər nümayəndə heyətinin Gürcüstandan sonra regionun digər ölkələrinə də ziyarət etmək planı onu göstərir ki, may təlimləri səfərin yeganə məqsədi deyil”. Bunu “Arsenali” hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili deyir.
Ekspertin fikrincə, NATO-nun bu aktivliyi Rusiyanın son zamanlar fəallaşması ilə bağlı ola bilər.
“Krımın ilhaqı Qərb üçün tamamilə gözlənilməz oldu. Hərçənd o, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra ayıq-sayıq olmalı idi. Çünki Rusiya öz təcavüzkarlığını Qara dəniz akvatoriyasında ilk dəfə məhz o vaxt göstərmişdi. Hər halda 90-cı və 2000-ci illərdə Qara dənizdə Türkiyə şəksiz üstünlüyə malik idi. Rusiya tədricən ona çatmağa çalışır. Krımın ilhaqı və Abxaziyanın işğalı bu baxımdan onun mövqelərini gücləndirib. NATO və ABŞ anlayır ki, Qara dənizdə əvvəlki nüfuzunu bərpa etmək üçün bloka üzv olan və üzv olmağa çalışan sahilboyu ölkələrin hərbi dəniz qüvvələrini və dəniz infrastrukturunu gücləndirməlidir”, – İ.Aladaşvili deyir.
Onun fikrincə, NATO-nun Qara dənizdə güclənməsinin bir yolu Gürcüstan və Ukraynanın iştirakı ilə birgə donanma yaratmaqdır. Artıq Rumıniya belə bir təkliflə çıxış edib. Ancaq məsələ bundadır ki, Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın ozamankı hərbi rəhbərliyi hərbi dəniz donanmasının ləğvinə qərar verib. Hazırkı hakimiyyət də həmin qərarı qüvvədə saxlayıb. Ona görə də, əgər Tbilisi Qara dəniz akvatoriyasında təhlükəsizlik sisteminin yaradılması prosesinə qoşulsa belə, bu, güman ki, sahilboyu infrastruktur səviyyəsində olacaq. /Azadlıq radiosu/

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Danışıqlarda irəliləyiş müşahidə olunur`- Prezident

Next Post

Prezident: “Ermənilərin ordumuza gücü çatmır, sizi atəşə tuturlar”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezident: “Ermənilərin ordumuza gücü çatmır, sizi atəşə tuturlar”

Ter-Petrosyan Qarabağa niyə gəlib?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.