15 bina od içindədir, 500 adam evsiz qalıb, lüks tikinti kompleksinin yarısı sıradan çıxıb…
Yanvarın 22-də Nyu-Cersidə baş vermiş dəhşətli yanğın 15-dən çox lüks binanı külə çevirib. Yüzlərlə ailə evsiz qalıb. 408 hissədən ibarət kompleksin əhəmiyyətli hissəsi sıradan çıxıb.
Evi od içində olan insanlar yerli rəhbərlikdən Fövqəladə Vəziyyət elan olunmasını tələb edirlər. Artıq bu tələb yerinə yetirilib.
Gələn xəbərlərdə qeyd olunur ki, kompleksdə evi olan 500 nəfər küçədə qalıb, 408 hissəlik kompleksin 200 hissəsi isə od içindədir.
Yanğının ağlasığmaz miqyasına baxmayaraq, 2 nəfər yanğınsöndürən və 2 nəfər mülkü şəxs yaralanıb. Yanğının səbəbi isə bəlli deyil. Bütün cəhdlərə baxmayaraq, yanğını söndürmək hələ ki, mümkün olmayıb.