"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerikada prezident seçkisi: Şou başlayır – TƏHLİL

07 Oktyabr 2015 - 10:23
in XƏBƏR LENTİ

ABŞ-da növbəti prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da, seçkiqabağı təbliğat kampaniyası artıq start götürüb. 2016-cı ilin 8 noyabr tarixində keçiriləcək növbəti prezident seçkilərinin əvvəlkilərə nisbətən daha rəngarəng olacağını indidən demək olar.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Budəfəki seçkilərdə Amerika qanunvericiliyinin tələblərinə əsasən Barak Obamanın iştirak etməməsi prosesə marağı daha da artırır. Artıq ABŞ siyasi arenasının əsas partiyaları olan Demokrat və Respublikaçı partiyalarından, həmçinin müstəqil və digər siyasi partiyalardan onlarla tanınmış şəxs prezident kürsüsü uğrunda mübarizəyə qatılacağını açıqlayıblar.

Amerikada çoxdandır formalaşmış siyasi ənənəyə uyğun olaraq prezident seçkilərində əsas rəqiblər Respublikaçı və Demokratlar partiyalarının namizədləri olurlar. Hər bir partiya adından seçkidə iştirak edəcək namizədlər özləri də səsvermə yolu ilə müəyyən edilirlər. Buna görə “praymeriz” adlanan bu proses bir növ prezident seçkilərinin ilkin mərhələsi kimi qəbul olunur.

Demokratlar partiyasından çoxlu sayda siyasətçi namizədliyini irəli sürsə də, aparılan sosioloji sorğuların nəticələri göstərir ki, keçmiş birinci ledi və keçmiş dövlət katibi Hilları Klinton populyarlığına görə digər rəqiblərini üstələyir. Klintonun seçki kapmaniyasına toplanan ianələrin miqdarı da digər namizədlərlə müqayisədə qat-qat artıqdır və bir milyard dolları artıq keçib. Demokratlar partiyasından məhz Hillari Klintonun namizədliyinin irəli sürüləcəyini əminliklə demək olar.

Qeyd edək ki, 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş Bill Klintonun xanımı Hillari Klinton hazırkı prezident Barak Obamanın ilk dəfə Demokratlar partiyasından namizədlik uğrunda mübarizəsində əsas rəqibi olub. Obama prezident seçildikdən sonra Klintonu dövlət katibi təyin edib və keçmiş birinci xanım dörd il müddətində Amerikanın xarici siyasətinə rəhbərlik edib. Obamanın budəfəki seçilərdə məhz Hillari Klintona dəstək verməsi Demokratlar partiyasından namizədliyini irəli sürən hazırkı vitse-prezident Co Baydenin uğur qazanma şanslarını azaldıb.

Demokratların vahid namizədinin artıq müəyyən edildiyini demək mümkün olsa da, Respublikaçılar partiyası barədə oxşar proqnoz verilməsi hələ ki, mümkün deyil. Hələlik Respublikaçılardan 12 nəfər prezident seçilmək istədiyini rəsmi bəyan etsə də onlar arasında daha populyar dörd namizədin adını çəkmək olar.Özünün ekssentrik hərəkətləri, “Namizəd” şousundakı aparıcılığı, populist çıxışları ilə tanınmış milyarder Donald Tramp, Florida ştatının keçmiş qubernatoru, ABŞ-ın 41-ci prezidentinin oğlu və 43-cü prezidentinin qardaşı Ceb Buş, Florida ştatının senatoru Marko Rubio və Texas ştatının senatoru Ted Kruz digər namizədlərlə müqayisədə daha şanslı görünürlər.

Bir sıra təhlilçilər qeyd edirlər ki, Respublikaçıların növbəti namizədi böyük maliyyə və inzibati resurslara malik Buş ailəsinin nümayəndəsi Ceb Buş olacaq və prezidentlik uğrunda mübarizə də məhz Klintonla Buş arasında baş tutacaq. Ceb Buşun şansına kölgə salan əsas məqam Amerikanın 43-cü prezidentinin qardaşı Corc Buşun fəaliyyəti dövrünün hazırda ciddi tənqid olunmasıdır. Keçmiş prezident İraq və Əfqanıstan kampaniyalarına görə tənqid olunur, bu müharibələrin heç bir nəticə vermədiyini, Amerikanın büdcəsinə yük olduğu kimi iddialar irəli sürürlər.

Milliyarder Donald Tramp da seçki kampaniyasına kifayət qədər uğurlu başlayıb. Onun populyarlıq göstəriciləri Ceb Buşdan heç də geri qalmasa da, elektoratın bu şəxsə ciddi fiqur kimi yanaşmadığını və bu səbəbdən Trampın uğuruna inamın az olması barədə fikirlər irəli sürülür. Həmçinin Trampın Klintonla mübarizədə kifayət qədər aciz görünəcəyini nəzərə alaraq, Respublikaçıların bu namizədə üstünlük verməyəcəyini ehtimal etmək olar. Bununla belə, 1981-ci ildə aktyor Ronald Reyqanı prezident, 2003-cü ildə kinoaktyor Arnold Şvartsnegeri Kaliforniya ştatının qubernatoru seçən Amerika elektoratının Trampa üstünlük verəcəyini istisna etmək də olmaz.

Respublikaçıların digər mümkün namizədi əslən kubalı olan Florida ştatının senatoru Marko Rubiodur.Rubio siyasətdə yeni və güclü sima kimi parlayır, populyarlığı digər iki namizəddən geri qalmır və əsas çıxışlarını seçilmiş namizəd kimi Obama və Klintonun tənqidi üzərində qurur.

Amerika siyasətindəki bəzi qanunauyğunluqları nəzərə alsaq, ehtimal etmək olar ki, budəfəki prezident məhz Respublikaçılar partiyasından seçiləcək. Baxmayaraq ki, Demokratlar Hillari Klinton kimi güclü namizədlə çıxış edir. Hillari Klintonun şansını artıran əsas faktor ilk qadın prezident kimi tarixə düşmə ehtimalıdır. Necə ki, Obama ilk qaradərili prezident seçilməklə Amerikada “demokratiyanın inkişafının səviyyəsi”ni dünyaya nümayiş etdirdi. Bu mənada Amerikanın Kuba ilə uzun illər düşmənçilik siyasəti aparmasına baxmayaraq əslən kubalı olan Rubionun prezident seçilmə ehtimalı da yüksəkdir.

Respublikaçıların qələbə qazanacağını deməyə əsas verən amil odur ki, Amerikada adətən iki prezidentlik müddəti bir partiyanın nümayəndəsi tərəfindən tutulursa, növbəti seçkilərdə rəqib partiyanın nümayəndəsi qələbə qazanır. Demokratlar daha çov daxili məsələlərə – iqtisadiyyatın dirçəldilməsi, sosial rifahın yüksəldilməsi və s. kimi məsələlərə diqqət yetirir və xarici siyasətdə hərbi güc tətbiq etməkdən çox, diplomatik səylərə üstünlük verirlər. Respublikaçılar isə bunun tam əksinə, aqressiv xarici siyasəti üstün tuturlar.

Yaxın Şərqdə yaranmış vəziyyəti nəzərə alsaq, hesab etmək olar ki, Amerikanın növbəti prezidenti Suriya, İraq və Əfqanıstana hərbi müdaxiləni həyata keçirəcək və buna görə Respublikaçıların nümayəndəsinin prezident seçiləcəyini gözləmək olar.

Amerikanın hədəflərini nəzərə alsaq, respublikaçılardan Donald Trampın şanslarının az olduğunu, əsas rəqabətin Ceb Buşla Marko Rubionun arasında gedəcəyini demək olar.

Tofiq Əsgərov
AzVision.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Məni bir otağa salıb bağladılar…” – İŞİD-ə qoşulan azərbaycanlı

Next Post

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Türkiyədə 21 terrorçu öldürülüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.