"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerikalı diplomat: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir”

10 Noyabr 2017 - 12:43
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Amerikalı diplomat: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir”
“ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrə görüşündən sonra verilən birgə bəyanatı alqışlayır”.

Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyasının müvəqqəti işlər vəkili Harri Kamian ATƏT Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda deyib.

O bildirib ki, bu sammit tərəflərin münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparmağa yenidən hazır olduğuna dair vacib siqnaldır: “Biz şadıq ki, dövlət başçıları təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə razılaşıblar. Tərəfləri bu müsbət impuls üzərində danışıqlar aparmağa və qarşılıqlı ittihamlardan çəkinməyə təşviq edirik”.

H. Kamian qeyd edib ki, ABŞ tərəfləri 2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilmiş zirvə görüşlərində razılaşdırılmış tədbirləri həyata keçirməyə çağırır. ABŞ həmçinin tərəfləri ATƏT-in insidentlərin araşdırılması mexanizminin yaradılması təklifi üzərində işləməyə dəvət edir.
Diplomat əlavə edib ki, ABŞ ermənilər və azərbaycanlılar arasında dialoqun genişləndirilməsini və etimad tədbirlərinin həyata keçirilməsini dəstəkləyir: “Dialoqa qatılanlar geri qayıdanda ölkələrində təzyiqlə üzləşmək qorxusu olmadan addımlar atmalıdır”.

H. Kamian sonda əlavə edib ki, ABŞ bu münaqişənin çox uzanması barədə tərəflərin məyusluğunu bölüşür və inanır ki, status-kvo qəbuledilməzdir: “Eyni zamanda, hamımız bu fikirdəyik ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və bərabər hüquqların təmin olunması prinsipləri nəzərə alınaraq sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazırdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda biznes mərkəzində yanğın başlayıb

Next Post

“Faytonçu” Nazimi əməliyyat edən həkimlə bağlı məhkəmə QƏRAR VERDİ

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

"Faytonçu" Nazimi əməliyyat edən həkimlə bağlı məhkəmə QƏRAR VERDİ

Prezident Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.