“Əl-Qaidə”nin Yəmən qolunun silahlıları amerikan girov Lük Somersin öldürməklə hədələyib. Avropa.info xəbər verir ki, 33 yaşlı amerikan bu haqda video müraciətində deyib.Lük Somers: “İki ildir ki, əsirlikdəyəm. Bu vəziyyətdən çıxmaq üçün mənə kömək lazımdır. Sizi azad olmam üçün bacardığınız hər şeyi etməyə çağırıram”.
“Əl-Qaidə” silahlılarının tələblərinin yerinə yetirilməsi üçün ABŞ-a üç gün vaxt verilib.
ABŞ xüsusi təyinatlıları daha əvvəllər jurnalistin azadlığı üçün əməliyyat keçirsə də, uğursuzluqla nəticələnib. Lük Somers 2013-cü ilin sentyabrında Yəmənin paytaxtı Sanada qaçırılmışdı.



