Elchi.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skot Ritterin sözlərinə görə, Qərb ölkələri, xüsusən də ABŞ diplomatik əlaqələrin kəsilməsi ilə bağlı bəyanatları ilə Rusiyaya gözəl hədiyyə ediblər.
“Moskva boşanma tələb etmədi, amma ABŞ özü verdi. Bu, Rusiyanın xəyalına belə gətirə bilməyəcəyi bir hədiyyə idi”, – hərbçi özünün YouTube kanalında bildirib.
Kəşfiyyatçının sözlərinə görə, SSRİ dağılandan sonra Vaşinqton və onun müttəfiqləri uzun müddət Moskvaya meyl göstərsələr də, əslində onu uduzan rəqib hesab ediblər. Ritterin qeyd etdiyi kimi, ABŞ siyasətçiləri Rusiyaya gələndə və “ruslara sanki məğlub olmuş düşmən kimi baxanda” özünü “ağa kimi hiss etməkdən” həzz alırdı.
Hərbçilər hesab edirlər ki, Vaşinqton özünün aqressiv hərəkətləri və Moskvaya təzyiqləri ilə Rusiyanın kursunun düzgünlüyünü təsdiqləyib, çünki o, Qərbin siyasətində dəyişiklik və bərabərhüquqlu dialoq quracağına ümid etməməlidir.
Şayəstə





