"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AMİP yeni sədri bilindi

11 Noyabr 2015 - 13:23
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 AMİP sədrinin kim olacağı açıqlandı

Sədr kənardan gətirilməyəcək

 
Oktyabrın 7-də AMİP sədri Yusif Bağırzadənin istefa verməsindən sonra partiyaya müvəqqəti sədrliyi baş katib Arzuxan Əlizadə həyata keçirir. Partiyaya yeni sədrin seçilməsi üçün qurultay keçirilməlidir. Bu arada məlumatlar yayılıb ki, AMİP-ə sədr kənardan gətiriləcək. Vaxtilə Yusif Bağırzadənin öncə AMİP üzvlüyünə, qısa zaman keçdikdən sonra isə sədrliyə gətirilməsi təcrübəsinin təkrar olunacağı iddia edilir. 
Hazırda AMİP sədri vəzifəsini icra edən baş katib Arzuxan Əlizadə isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyaya kənardan sədr gətiriləcəyi barədə deyilənlərin əsası yoxdur. Sədr yalnız partiya daxilindən seçiləcək. 
A.Əlizadə qurultayın vaxtının hələ dəqiqləşmədiyini, bunun üçün Mərkəzi Şuranın çağırılmalı olduğunu dedi: “Sədrin istefasından sonrakı dövrdə partiyanın əsas fəaliyyət istiqaməti 1 noyabr parlament seçkiləri idi. Bütövlükdə partiyanın bütün resursları və bütün potensialı seçkilərə yönəlmişdi. AMİP-in nizamnaməsinə görə, partiyanın sədri istefa verdiyi, sədr postu istənilən halqa boşaldığı təqdirdə növbəti qurultaya qədər partiya sədrinin səlahiyyətlərini baş katib icra edir. Hazırda bu səlahiyyətlər mənim üzərimə qoyulub, partiyanın Siyasi Şurası tərəfindən və nizamnaməyə müvafiq olaraq, partiyanın Siyasi Şurası, Ali Qanunverici orqanı  Mərkəzi Şuranı çağırır və qurultayın yerinin və gününün müəyyən olunması ilə bağlı qərarı Mərkəzi Şura verir. Növbəti etapda Mərkəzi Şura çağırılacaq və qurultayla bağlı qərar veriləcək. Qərar verildikdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki,  partiyanın potensialını, gücünü özünə qaytaraq”.
A.Əlizadə Etibar Məmmədovun AMİP-ə sədr qayıdacağı barədə deyilənlərə də münasibət bildirdi: “Etibar Məmmədov partiyanın lideridir, lider statusu sədr statusundan daha üstün hesab olunur. Etibar bəy özü dəfələrlə bildirib ki, onun partiyaya qayıtmaq fikri yoxdur. Partiyanın rəhbərliyinə qayıdıb-qayıtmaması onun şəxsən öz qərarına bağlı olan məsələdir. Etibar bəy dəfələrlə bu məsələyə cavab verib və o, partiyanın lideri statusunda qalacaq. Sədrliyə isə qurultaya qərar verildikdən sonra partiya daxilindən namizədlər irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflər son 10 il ərzində bir neçə dəfə olub və indi də var. Amma bir daha qeyd etmək istəyirəm ki, Etibar bəy kifayət qədər yüksək statusa malik şəxsdir. Partiyanın funksional idarəçiliyində bilavasitə iştirak etməsə də, partiya rəhbərliyi zaman-zaman onun təcrübəsindən və tövsiyələrindən yararlanır”.
“Özünüz sədrliyə namizədliyinizi verəcəksinizmi” sualına isə Arzuxan Əlizadə belə cavab verdi: “Namizədliyimin verilməsi barədə yalnız qurultayın günü müəyyən olunandan sonra açıqlama verəcəyəm”.
AMİP katibi Elşən Mustafayev də bildirdi ki, partiya sədrliyinə kənardan kiminsə gətiriləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur: “AMİP kollegial idarə olunan bir partiyadır. Heç bir vəzifə mütləq hakimiyyətə malik deyil. Sədr aparatı, katiblik, Mərkəzi Şura arasında partiya nizamnaməsinə uyğun olaraq konkret vəzifə bölgüsü var. Bütün bunların üstündə isə partiyanın qurultayı dayanır. AMİP tarixində qurultay nümayəndələrinin iradəsindən kənar hər hansı qərar qəbul edilməyib.  Növbəti sədr də qurultayda partiya üzvləri arasından seçiləcək. Bu gün artıq partiyaya uğurlu sədrlik edə biləcək iddialı və layiqli namizədlər var. Qurultayda onlardan biri də növbəti sədr olacaq. Kənardan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə  iddiaları ciddi dəyərləndirmirəm. Oturuşmuş  partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz. AMİP-ə kənardan heç vaxt sədr gətirilməyib. Əgər Yusif Bağırzadəni nəzərdə tuturlarsa, o, 1990-cı illərdən partiya və onun rəhbərliyi ilə sıx bağlı olan biri idi və sədr olmamışdan öncə də AMİP-də sıravi üzv, katib vəzifələrində olub”.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə dedi ki, sonuncu AMİP sədri Yusif Bağırzadənin kənardan gətirilmə kimi qəbul edilməsi doğru yanaşma deyil. Çünki Yusif Bağırzadə əvvəlcə partiyanın üzvlüyünə qəbul edildi. Bir müddətdən sonra beynəlxalq katib postu tutdu. 8-9 aydan sonra qurultay onu sədr seçdi. Sədr partiya üzvləri sırasından seçiləcək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah güclü yağış yağacaq

Next Post

Azərbaycan vətəndaşlarını Avropaya kimlər, hansı fırıldaqla göndərir? -MTN izi…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan vətəndaşlarını Avropaya kimlər, hansı fırıldaqla göndərir? -MTN izi...

İlhamə Quliyevanın yalanının üstü açıldı...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.