Ziyarətçilərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Hollandiyanın paytaxtı Amsterdamda bələdiyyə böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.
Elchi.az xəbər verir ki, siyasətçilər böyük gəmilərin şəhərin davamlılıq hədəfləri üçün uyğun olmadığına diqqət çəkdilər.
Qərar Amsterdamın əsas qatar stansiyası yaxınlığında, IJ çayının kənarındakı kruiz gəmisi terminalının bağlanması deməkdir.
Bu, paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən sonuncu tədbirlərdən biri idi.
Bələdiyyə əvvəllər Amsterdamın mərkəzindəki küçələrdə sirr çəkməyi qadağan etmişdi.
Mart ayında bələdiyyə şəhərdə subaylıq gecəsi keçirmək istəyən ingilis gənc kişilərə gəlməmələri barədə xəbərdarlıq etmişdi.
Böyük kruiz gəmiləri kütləvi turizmin simvoluna çevrildi və bu qadağa şəhər məclisində böyük səs çoxluğu ilə qəbul edildi.Amsterdam öz populyarlığının qurbanı oldu və hər il 20 milyon turist qəbul etməyə başlayıb.
AFP xəbər agentliyinin məlumatına görə, şəhəri sosial demokratlar və ekoloqlarla birlikdə idarə edən sağ mərkəzçi D66 Partiyası yazılı açıqlamada, “Çirkliyə səbəb olan böyük kruiz gəmiləri şəhərimizin davamlılıq hədəfləri ilə uyğun gəlmir” deyib.
Şayəstə Hüseynova





