Ukraynadakı münaqişə səbəbindən istehsalın artmasına baxmayaraq, silah satış gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 3,5 faiz azalıb. Elchi.az xəbər verir ki, bu barədə Associated Press Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hərbi-sənaye kompleksi sahəsində 100 ən yaxşı şirkətin reytinqinə istinadən məlumat yayıb.
“Bir çox silah şirkətləri istehsalı yüksək intensivlikli müharibəyə uyğunlaşdırmaqda maneələrlə qarşılaşdı. Bununla belə, yeni müqavilələr imzalanıb”, – deyə müstəqil institutun hərbi xərclər və silah istehsalı proqramının direktoru Lucie Béraud-Sudreau bildirib.
Nəşr olunan 100 şirkət sıralamasında qırx ikisi Amerikalıdır ki, bu da ümumi satışların 51 faizini təşkil edir. Onların gəlirlərinin 7,9 faiz azalması, COVID-19 pandemiyasının davamlı təsiri kimi tədarük zənciri problemləri və işçi qüvvəsi çatışmazlığı ilə əlaqələndirildi. Bundan əlavə, Ukraynaya silah göndərmək üçün indiki sifarişlərdən əldə edilən gəlir yalnız yaxın iki-üç ildə arta bilər.
Havar Şəfiyeva






